
La Liqa klubu baş məşqçisini istefaya göndərdi
- 02 Noy 2022 20:37
- 364
İspaniyanın "Selta" komandasının baş məşqçisi Eduardo Koudet istefaya göndərilib.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Argentinalı mütəxəssislə müqaviləyə uğursuz nəticələr səbəbindən xitam verilib. O, 2020-ci ilin noyabrından La Liqa təmsilçisinə rəhbərlik edirdi.
Xatırladaq ki, "Selta" hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.