"Real"ın qapıçısı Tibo Kurtua komanda yoldaşı Kərim Benzemanın ABŞ-da "Barselona" ilə yoxlama oyununu buraxması haqda danışıb.

Rekord.az "Diario Sport"a istinadən xəbər verir ki,  belçikalı qolkiper deyib: "Ötən mövsüm bu komanda ilə Çempionlar Liqasının və La Liqanın qalibi olduq. Biz bu komandaya inanırıq. Amma Benzema meydanda olmayanda qolları və təhlükəli məqamları qaçırırıq. O, dünyanın ən yaxşı "9" nömrəsidir. Kərimə açıq-aydın ehtiyacımız var".

Qeyd edək ki, Benzema zədə səbəbindən sözügedən görüşdə oynamayıb.