“Barselona”nın baş məşqçisi Ronald Kuman sıx oyun təqvimindən şikayətlənib.

Rekord.az xəbər verir ki, 57 yaşlı mütəxəssis bu cür çıxış etməyin futbolçulara zərər vurduğunu düşünür:

“Mən hələ də oyun qrafikimizin yaxşı olmadığını düşünürəm. Superkubokun yarımfinal matçında qələbə qazansaq, daha bir oyun oynamağımız lazım olacaq.

Çox tez-tez mstç keçiririk. Bu, futbolçulaı öldürür. Əlbəttə ki, oyundan-oyuna keçməyi sevirəm. Amma səyahətləri də düşünməliyik.

Oyunardan gec qayıdrıq. Bu məsələni müzakirə etməli və belə sıx qrafiki olan bir mövsümdə nələr edə biləcəyimizi düşünməliyik”.

“Barselona” növbəti oyununu bu gün La Liqanın 12-ci turunda “Valensiya”ya qarşı keçirəcək. Matç Bakı vaxtı ilə 19:15-də başlayacaq.