“Real”ın yarımmüdafiəçisi Toni Kroos Argentinanın DÇ-2022-nin dünya çempionluğunu qazanmasına münasibət bildirib.

Rekord.az xəbər verir ki,  alman futbolçu argentinalıları titula layiq görüb.

O, Messi haqda xüsusi danışıb: "Messi dünya çempionluğunu qazanmağa layiq idi. Mundialda onun kimi fərdi çıxış edən futbolçu görməmişəm. Klublarda belə oyun nümayiş etdirmirdi".