Futbol üzrə Cənubi Koreya çempionatında 11-ci turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” evdə “Anyanq”la qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.


Krivotsyuk bu qarşılaşmada 90 dəqiqə meydanda olub.


11 turdan sonra aktivində 26 xal olan “Daejeon” turnir cədvəlinin zirvəsində qərarlaşıb.