Cənubi Koreya çempionatında 30-cu turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” evdə “Daequ” ilə qarşılaşıb və 3:2 hesablı qələbəyə sevinib.


Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub. 


30 turdan sonra aktivində 48 xal olan “Daejeon” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.