
Krivotsyukun komandası səfərdə xal itirdi
- 17:00
- 40
Cənubi Koreya çempionatında 31-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Qanqvon”la qarşılaşıb və qolsuz heç-heçə ilə kifayətlənib – 0:0.
Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub.
31 turdan sonra aktivində 49 xal olan “Daejeon” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.