
Krivotsyuklu “Visla” yoxlama matçında darmadağına üzüldü
- 23 Noy 2022 14:14
- 374
Polşanın “Visla” komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Rekord.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən Plotsk təmsilçisi Slovakiyanın “Jilina” kollektivi ilə üz-üzə gəlib.
Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun da formasını geyindiyi Polşa təmsilçisi bu oyunda böyük hesabla məğlub olub – 0:4.
Anton bu görüşə start heyətdə başlayıb. O, 73-cü dəqiqədə, hesab 0:3 olarkən əvəzlənib.