Konfrans Liqasının Liqa mərhələsində son turun oyunları keçiriləcək
- 12:00
- 31
Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsində sonuncu - 6-cı turun oyunları keçiriləcək.
Rekord.az xəbər verir ki, 18 qarşılaşmanın hər biri eyni saatda start götürəcək.
Türkiyənin "Samsunspor" klubu səfərdə "Maynts 05"lə üz-üzə gələcək. "Fiorentina" isə İsveçrədə Lozannanın qonağı olacaq.
UEFA Konfrans Liqası
Liqa mərhələsi
19 dekabr
00:00. AZ (Niderland) - "Yagelloniya" (Polşa)
00:00. "Şaxtyor" (Ukrayna) - "Riyeka" (Xorvatiya)
00:00. "Slovan" (Slovakiya) - "Hakken" (İsveç)
00:00. "Legiya" (Polşa) - "Linkoln" (Cəbəllütariq)
00:00. "Sparta" (Çexiya) - "Aberdin" (Şotlandiya)
00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Noa" (Ermənistan)
00:00. "Kristal Pelas" (İngiltərə) - "KuPS" (Finlandiya)
00:00. "Rayo Valyekano" (İspaniya) - "Drita" (Kosovo)
00:00. "Şemrok Rovers" (İrlandiya) - "Hamrun" (Malta)
00:00. "Omoniya" (Kipr) - "Rakuv" (Polşa)
00:00. "Maynts 05" (Almaniya) - "Samsunspor" (Türkiyə)
00:00. "Strasburq" (Fransa) - "Breydablik" (İslandiya)
00:00. "Sele" (Sloveniya) - "Şelbrun" (İrlandiya)
00:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Rapid" (Avstriya)
00:00. AEK (Yunanıstan) - "Universitatya" (Rumıniya)
00:00. "Siqma" (Çexiya) - "Lex" (Polşa)
00:00. AEK (Larnaka, Kipr) - "Şkendiya" (Şimali Makedoniya)
00:00. "Lozanna" (İsveçrə) - "Fiorentina" (İtaliya)
Qeyd edək ki, UEFA Konfrans Liqasında pley-off mərhələsinə 2026-cı il, 19-20 fevralda start veriləcək.