
Konfrans Liqası: “Sivasspor”un futbolçusu həftənin ən yaxşısı seçildi
- 28 Okt 2022 22:00
- 402
Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Rekord.az xəbər verir ki, azarkeşlərin UEFA-nın rəsmi saytındakı səsverməsinə əsasən, bu ada Türkiyənin “Sivasspor” klubunun hücumçusu Mustafa Yatabare layiq görülüb.
36 yaşlı forvard Rumıniyanın ÇFR komandasında doğma meydanda 3:0 hesabıyla qalib gəldikləri dubla imza atıb.
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına Luka Yoviç (“Fiorentina”, İtaliya), Matias Oyevusi (“Jalgiris”, Litva) və Yari Versxaren (“Anderlext”, Belçika) də namizəd idi.