“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” - Bojoviç
- 24 Apr 2024 23:02
- 198
"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Qarabağ"a qarşı baş tutan cavab görüşündən sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:4 hesablı məğlubiyyətlərini belə şərh edib:
“Birinci oyunun nəticəsi bizə və "Qarabağ"a təsir göstərmişdi. Birinci hissə maraqlı keçmədi. İkinci hissə daha yaxşı idi. Bizim də, "Qarabağ"ın da qol epizodları var idi. Bu oyunda əvvəlki görüşlərdə özünü göstərmək imkanı olmayanlara şans verdik.
Ağadadaş Salyanskini əsas heyətə götürməyə cəhd edirik. Bu gün yaxşı oynadı, yaxşı ötürmələri var idi. Sevinirəm ki, "Neftçi"nin bu cür yetirməsi var və inanıram ki, faydalı olacaq.
Biz komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq. Problem sırf müdafiəçilərlə bağlı deyil. "Zirə" ilə görüşdəki nəticə də mənim üçün sürpriz oldu. Çünki meydanda sayca çox idik, amma uduzduq. Çempionatda 5 oyunumuz var. İstədiyimiz yeri tutmaq üçün əlimizdən gələni edəcəyik”.