Futbol üzrə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində bu gün ikinci oyuna çıxacaq Azərbaycan təmsilçiləri - "Neftçi", "Zirə", "Qəbələ"nin cavab matçları canlı yayımlanacaq.

Rekord.az xəbər verir ki, görüşlər aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş olunacaq.

28 iyul

CBC İnternational
20:00. Qəbələ - Fehervar (Macarıstan)

CBC Sport
21:00. Neftçi - Aris (Limmasol, Kipr) 

İTV
21:30. Makkabi (Təl-Əviv, İsrail) - Zirə