
Klublarımız Antalyada ciddi problemlə üzləşib: Afrikadan futbolçu gətirə bilmirlər
- 09 Yan 2023 17:00
- 668
Antalyaya təlim-məşq toplanışına yollanan klublarımız ciddi problemlə üzləşib.
Rekord.az xəbər verir ki, söhbət Afrikadan olan futbolçularla bağlıdır.
Belə ki, Türkiyə hökuməti bu qitədən olan futbolçulara viza verilməsi məsələsini xeyli çətinləşdirib. Məsələn, "Kəpəz"in legionerləri Ahmed Ayzaya və Abdullahi Şuaybu Azərbaycanın Türkiyədəki səfirliyindən viza ala bilmədiyi üçün komanda ilə Antalyaya yollana bilməyib. Bundan başqa, "Sumqayıt" Afrikadan bəyəndiyi bir neçə futbolçunu məhz viza problemi səbəbindən Antalyaya dəvət edə bilməyib. Həmçinin "Zirə" də viza problemi səbəbindən Afrikadan olan bir futbolçunu hələ də baxışdan keçirə bilmir.