
Kloppu cərimələdilər
- 29 Okt 2022 14:43
- 361
İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Siti" ilə oyunda qırmızı vərəqə alan "Liverpul"un baş məşqçisi Yurgen Kloppun cəzası məlum olub.
Rekord.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası alman mütəxəssisi bir oyunluq diskvalifikasiya edib və 30 min funt-sterlinq məbləğində cərimələyib.
Qeyd edək ki, Klopp "Mançester Siti"ni məğlub etdikləri (1:0) oyunda hakimə etirazlarına görə meydandan qovulub.