"Liverpul"un baş məşqçisi Yurgen Klopp 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında hansı klubun çempion olacağı ilə bağlı proqnozlarını bölüşüb.

Rekord.az xəbər verir ki, 55 yaşlı alman mütəxəssis "Mançester Siti"nin yenidən hamını qabaqlayacağını düşünür:

“Həmişə olduğu kimi, əsas məqsədimiz Çempionlar Liqasına düşməkdir. Bu, artıq kifayət qədər çətindir.  Premyer Liqada böyük mübarizə olacaq. Aman Allahım, bura İngiltərədir... Görünür, "Mançester Siti" yenidən çempion olacaq. Biz 2020-c iildə çempion olmasaydıq, məncə, onlar ardıcıl beş-altı dəfə qalib gələrdilər. Bu, həqiqətən də çılğınlıqdır. Ancaq məqsədimiz bizim üçün ən yaxşı mövsümü keçirməkdir".

Xatırladaq ki, “Liverpul” ötən mövsüm İngiltərə Premyer Liqası uğrunda son tura qədər “Mançester Siti” ilə mübarizə aparmışdı. Nəticədə "şəhərlilər" mersisaydlıları cəmi 1 xal qabaqlayıb çempion olmuşdular.