
KLopp: "Bunu normal qəbul edirəm"
- 28 Okt 2022 10:30
- 374
“Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Ayaks"ı məğlub etdikdikləri oyundan (3:0) sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, UEFA-nın mətbuat xidmətinə açıqlamasında deyib:
“İkinci hissəyə yaxşı başladıq, iki gözəl qol vurduq və oyuna nəzarət etdik. Darvinin cinahda oynamasını istəmədiyimiz üçün bir az fərqli davrandıq. Biz oyunu düzəltməliydik və bunu bacardıq. Pley-offa yüksəldik və mən bunu təbii qəbul edə bilmərəm. Bu, ciddi bir şeydir. Biz yorğunuq, amma özümüzü əla hiss edirik”.
Qeyd edək ki, "Liverpul" ÇL-də 1/8 finala vəsiqəni təmin edib.