Bir neçə gün öncə “Keşlə” futbolçularının kubokdakı qələbəyə görə vəd olunan mükafatı hələ də ala bilməmələri haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, problem tək bununla bitmir.

Ümumiyyətlə, hazırda klubun maddi durumu pis mənada pik həddədir. Bu durum isə birbaşa futbolçuların oyununa da təsir edir. Saytımıza daxil olan məlumata görə, pulsuzluq tək kubokla bağlı deyil. Futbolçular, ümumiyyətlə, 3 aydır ki, maaş da almır. Rəhbərlik “bu gün, bu gün, sabah, sabah” deməklə vaxt uzadır.