Xəbər verdiyimiz kimi, "Keşlə" futbolçuları ötən mövsüm qazandıqları kuboka görə vəd olunan mükafatı hələ də almayıblar.

 

Rekord.az-a daxil olan məlumata görə, öncə məbləğ olaraq, 150 min manat vəd olunmuşdu.

 

Lakin "Sumqayıt"la final matçından öncə soyunub-geyinmə otağına daxil olan klub rəhbəri Zaur Axundov məbləği daha 50 min artıraraq 200 minə çatdırıb. Futbolçular üzərlərinə düşəni edərək kuboka sahib olmağı bacarıb. Lakin rəhbərlik bu günə qədər verdiyi sözü tutmayıb.