
"Keşlə" nigeriyalı futbolçudan cavab gözləyir
- 08 İyn 2021 18:00
- 791
"Keşlə" Şimali Makedoniyadan "Şkupi"nin futbolçusu Omar Qudiabiyə təklif göndərib.
Rekord.az xəbər verir ki, Azərbaycan Kubokunun son qalibi seneqallı vingerdən cavab gözləyir.
26 yaşlı hücumameylli oyunçu ötən mövsümü icarə əsasında Şimali Makedoniyanın digər klubu olan "Pelister"də keçirib.
"Şkupi" geridə qalan mövsümdə Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin rəqibi olub. Bakıda baş tutmuş matçda “ağ-qaralar”a 1:2 hesabı ilə uduzan Skopye təmsilçisi mübarizəni erkən dayandırıb.