Konfrans Liqasında çıxış edəcək "Keşlə" yeni legionerlərin axtarışına çıxıb.

Rekord.az xəbər verir ki, hazırda müxtəlif ölkələrdən olan 4-5 futbolçu ilə danışıqlar gedir.

Bizə daxil olan məlumata görə, həmin futbolçuların bəzilərinə hətta aylıq 7-8 min dollar maaş təklif olunur ki, bu da hazırkı Azərbaycan reallığı üçün heç də aşağı məbləğ sayıla bilməz.