"Qarabağ" ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Ağdam klubunun kolumbiyalı müdafiəçisi Kevin Medina cəzalı duruma düşüb.

O, Premyer Liqanın 26-cı turunda hazırda "Sabah"la keçirilən matçda sarı vərəqə alaraq limiti doldurub. Medina növbəti turda "Keşlə"yə qarşı matçı buraxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Keşlə" oyunu mayın 14-də keçiriləcək.