“Keşlə” klubu futbolçusu Dmitro Klotsla yollarını ayırdığını rəsmən açıqlayıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mövsümün əvvəlində komandaya qoşulan 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Keşlə" ukraynalı oyunçuya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Dmitro Klots Azərbaycan Premyer Liqasında 13 oyuna 1 qol vurub.