Məlum olduğu kimi, Şahin Diniyevin "Səbail"ə baş məşqçi təyinatından sonra, oğlu Kərim Diniyev də bu klubun məşqçilər korpusunda yer aldı. Bu isə birmənalı qarşılanmadı və əksəriyyət təcrübəli mütəxəssisin oğluna məşqçi olmaq üçün şərait yaratdığını düşündü.

Lakin Rekord.az xəbər verir ki, içik Diniyevin məşqçiliyə başlaması ilə atasının "Səbail"də işə başlaması arasında heç bir bağlılıq yoxdur.

Belə ki, Kərim futbolçu karyerasını bitirəndən sonra özü bu sahə ilə maraqlanıb və məşqçi olmağa qərar verib. Hətta bunun üçün AFFAya sənəd verib, C kateqoriyalı məşqçilik kursunda iştira edib və bu dərəcəni alıb. Yəni Kərim "Səbail"ə məşqçi kimi təyinat alabda artıq C kateqoriyasına sahib idi.