"Kəpəz"in qış hazırlıq planı bəlli olub.


Rekord.az xəbər verir ki, komanda yanvarın 3-də Gəncədə təlim-məşq toplanışına başlayacaq.


Hazırlıq prosesi qış fasiləsi başa çatana kimi davam edəcək. Bu müddət ərzində "sarı-göylər" 2 yoxlama oyununa çıxacaq.


Gəncə kollektivi yanvarın 10-da səfərdə "Qəbələ" ilə 1 həftə sonra isə Yevlaxda "Karvan-Yevlax"la qarşılaşacaq.