Təlim-məşq toplanışını Bakıda, daha dəqiqi, “Dalğa Arena”da keçən “Kəpəz”in ayın 20-də Mərdəkandan ayrıldığını bir neçə gün öncə xəbər vermişdik.

Rekord.az xəbər verir ki, maliyyə problemləri məngənəsində sıxılan “sarı-göylər”in hazırlığın sonuncu mərhələsini harda keçəcəyi qeyri-müəyyəndi.


Plan üzrə komanda artıq sabahdan hazırlığı davam etdirməlidi. Görəsən, Yaşar Vahabzadənin çalışdırdığı komandanın rəhbərliyi qeyd etdiyimiz problemi necə həll etdi? Bu suala aydınlıq gətirmək üçün Gəncə təmsilçisinin çalışdırıcısıyla əlaqə saxladıq. Bizimlə danışan zaman yolda olduğunu, Gəncəyə getdiyini bildirən 62 yaşlı mütəxəssis bunları söylədi: “Təlim-məşq toplanışının sonuncu mərhələsi Gəncədə olacaq. Rəhbərlik çətinliklə də olsa, problemi həll etdi. Komandanın bəzi üzvlə

ri üçün şəhərdə ev tutulacaq, bəziləri oteldə məskunlaşacaq. Məşqləri isə Gəncə şəhər stadionunda edəcəyik”.
Baş məşqçi çempionata hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirmək istədiklərini bildirdi: “Plana görə iyulun 30-da yoxlama oyunu keçirməliyik. Ancaq bildiyiniz kimi, premyer-liqanın bəzi klubları ölkə xaricinə yollanıb. Bəziləri isə avrokuboklarda iştirak edirlər. Bir qalır “Şamaxı” ki, onlarla da artıq bir dəfə üz-üzə gəlmişik. Ola bilər, 30-da yenidən onlarla qarşılaşdıq. “Şamaxı” razılaşmasa, divizion təmsilçilərindən biri ilə oynayacağıq”.