
"Kəpəz"i Qəbələdən çıxardırlar?
- 15:00
- 70
"Kəpəz" noyabrdan Qəbələdən çıxarıla bilər.
Rekord.az-a daxil olan məlumata görə, bunula bağlı iddialar əsassız deyil.
"Kəpəz" bir dəfə ev oyunlarını Qəbələdə keçirib və Premyer Liqada yerini qoruyub. Əvəzində elitanı "Qəbələ" tərk edib. "Qəbələ" klubu yenə eyni ssenarinin yaşanmasından narahatdır. Hətta baş məşqçi Kaxaber Sxadadzenin bununla bağlı rəhbərlik qarşısında tələb irəli sürdüyü də deyilir. Çünki elitada qalmaq uğurunda oynayacağı gözlənilən Qəbələ təmsilçisinin bu yolda əsas rəqiblərindən biri məhz "Kəpəz"di. Əgər deyilənlər gerçək olsa, Gəncə təmsilçisinin yenidən Tovuza dönəcəyi gözlənilir.