
"Kəpəz"dən Rza Cəfərov xəbərinə reaksiya
- 11:00
- 65
Son günlər mətbuatda "Neftçi"nin qapıçısı Rza Cəfərovun "Kəpəz"ə icarəyə verilməsi haqda xəbərlər dolaşır.
Rekord.az məsələyə Gəncə klubundan münasibət öyrəndi.
Klubun mətbuat xidmətinin rəhbəri Gəray Qarayevin yayılan məlumatlara münasibəti qısa oldu: "Məndə bu haqda məlumat yoxdur".