Tərlan Əhmədovun gəlişindən sonra əvəzedici komandaya göndərilən "Kəpəz"in kapitanı Əli Səmədov gözlənildiyi kimi, qış fasiləsi yaranan kimi Gəncə təmsilçisindən tamamilə ayrıldı.

Rekord.az-a daxil olan məlumata görə, futbolçunun yeni klubu da məlumdur.

Belə ki, "Şamaxı" ilə bütün detallarda razılığa gələn Səmədov, tibbi baxışdam da keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. "Şamaxı"nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseyn də məlumatı demək olar ki, təsdiqlədi: "Bəli, Əli Səmədovla danışıqlarımız gedir, böyük ölçüdə anlaşma əldə olunacaq".