“Kəpəz” yeni legionerlə anlaşıb. Gəncə təmsilçisi axtardığı mərkəz hücumçusunu Litvada tapıb.

Rekord.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı “sarı-göylər”in razılığını aldığı forvard Salif Sissedir.

Seneqal kökənli ön xətt oyunçusu son olaraq Litvada çıxış edib. Fransa vətəndaşlığı daşıyan Salif “Kəpəz”in formasını geyinmək üçün “Hegelmann”dan ayrılıb. (sportinfo.az)