“Kəpəz” növbəti mövsümdə də I Divizionda mübarizə aparacaq.

Rekord.az xəbər verir ki, büdcə ilə bağlı məsələlərə də böyük ölçüdə aydınlıq gəlib.

Əldə etdiyimiz məlumata görə, Federasiya 2021-22-ci il mövsümü üçün də “Kəpəz”ə 250 min manat büdcə ayıracaq. Klubun U-17 komandasının xərcləri də bura daxildir.