
“Kəpəz”də daha iki ayrılıq
- 06 İyn 2023 16:45
- 401
“Kəpəz”in hücumçusu Salif Sisse və qapıçısı Mario Mustapiç ilə müqaviləsinin müddəti başa çatıb.
Rekord.az xəbər verir ki, bu üzdən də onlar "Kəpəz"dən ayrılıblar.
Son mövsümdə 13 oyunda forma geyinən Salif Sisse 1 qol vurub. Mario Mustapiç isə çempionatda 9 oyuna çıxıb və 12 top buraxıb.
Klub xidmətlərinə görə hər iki futbolçuya təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.