
“Kəpəz” yenidən Bağırova tapşırıldı - RƏSMİ
- 15:45
- 40
“Kəpəz”ə yeni baş məşqçi təyin olunub.
Rekord.az xəbər verir ki, "sarı-göylər" Azər Bağırova tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, "Kəpəz" ötən mövsümdə də Azər Bağırovun rəhbərliyi altında çıxış edib.