Misli Premyer Liqasının XII turunda "Kəpəz" səfərdə "Karvan-Yevlax"a qalib gəlib.


Rekord.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan turun açılış matçında qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.


Hesabı "sarı-göylər"dən Luis Paçu açıb. O, 14-cü dəqiqədə başla dəqiq oynayıb. 31-ci dəqiqədə tablodakı rəqəmlər eyniləşib. Araz Abdullayev topu qapıçı Yusif İmanovun ayaqları arasından tora göndərib.


Gəncəlilərin qələbə topunu isə Rauf Hüseynli vurub. Futbolçu 76-cı dəqiqədə kobud oyuna görə təyin olunan penaltini qola çevirib.


Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran "Kəpəz" turnir cədvəlində sonuncu pillədən qurtularaq onuncu sıraya yüksəlib. "Karvan-Yevlax" isə 5 xalla 12-ci pilləyə "yuvarlanıb".

Misli Premyer Liqası
12-ci tur

21 noyabr

“Karvan-Yevlax” – “Kəpəz” 1:2
Qollar: Araz Abdullayev, 31 – Luis Paçu, 14. Rauf Hüseynli, 76-pen.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Yevlax şəhər stadionu, 14:00.

Karvan-Yevlax: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 8. Peter Kings, 21. İmani Barker.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Azər Həşimov.
Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 10. Ryonosuke Ohori, 6. Pedro Qomeş.
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 14. Adama Fofana, 55. Kresus Donqo, 38. Cefferson Bentu. 
Baş məşqçi: Azər Bağırov.