"Kəpəz" rəhbərliyindən azarkeşlərə jest
- 11:00
- 26
"Kəpəz" bu gün Misli Premyer Liqasının 12-ci turu çərçivəsində Yevlaxda "Karvan"ın qonağı olacaq.
Rekord.az xəbər verir ki, bu oyunda "Kəpəz"i dəstəkləmək üçün xeyli azarkeşin Yevlaxa gedəcəyi gözlənilir.
Klub rəhbərliyi bunun üçün Gəncədən xüsusi avtobuslar ayırıb. Bundan başqa, "Xəmsə" fan klubu da müstəqil fan klub kimi Yevlaxa yollanacaq.