
"Kəpəz" niyə tərcüməçi götürmür?
- 01 Noy 2022 14:00
- 627
"Kəpəz"in ciddi sıxıtılar yaşadığı hər kəsə məlumdur. Gəncə təmsilçisi bazadan tutmuş, avtobusa kimi, çox şeydən məhrumdu. Hətta son dönəmlərə kimi, komandanın həkimi də yox idi.
Rekord.az xəbər verir ki, daha bir çatızmazlıq tərcüməçi ilə bağlıdır.
Belə ki, klubda bir sıra ölkələrdən legionerlər oynasa da, tərcüməçi ştatı yoxdur. Buna səbəb isə maliyyə sıxıntısıdır. Əldə etdiyimiz məlumatga görə, klub buna cəhd etsə də çalışmaq istəyən şəxslər minimum 2.5-3 min manat əmək haqqı istəyir. Klubun isə indiki durumda tərcüməçi üçün əlavə pul vermək imkanı yoxdur. Ona görə də Tərlan Əhmədov birtəhər vəziyyətdən çıxmağa çalışır.