“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi nigeriyalı Abdullahi Şuaybunu transfer edib.

20 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. O, son olaraq Moldovanın Qaqauziya bölgəsini təmsil edən “Saksan” klubunun formasını geyinib.