
"Kəpəz" "Neftçi"də oynamış legioneri istəyir
- 30 Okt 2022 14:47
- 558
Qışda heyətdə bir neçə dəyişiklik edəcəyi gözlənilən “Kəpəz”ə bir neçə legioner təklif edilir.
Rekord.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, “Neftçi”nin sabiq futbolçusu Rener Pavaonun da ölkəmizə dönmək ehtimalı var.
Belə ki, futbolçu “Kəpəz” və bir neçə komandaya təklif edilib.
“Portimonense”dən ayrıldıqdan sonra klubsuz qalan 21 yaşlı müdafiəçinin Azərbaycana qayıdışının alınıb-alınmayacağı qışda dəqiqləşəcək. “Fortaleza” yetirməsi olan Rener “Neftçi”də çempionluq yaşamışdı.