"Kəpəz" klubu iki futbolçusu ilə yolları ayırıb.


Bu barədə Rekord.az-a Gəncə təmsilçisindən bildirilib.


Polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Perdu Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.


Qeyd edək ki, hər iki futbolçu bölgə klubuna mövsümün əvvəlində cəlb olunmuşdu.