“Kəpəz”in qış fasiləsində yollarını ayırmağa hazırlaşdığı futbolçulardan birinin kimliyinə aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, bu, gürcüstanlı forvard Mixeil Ergemlidzedir.

Komandada yüksək əməkhaqqı alan oyunçular siyahısında yer alan legioner baş məşqçi Tərlan Əhmədovun planlarına daxil deyil.

Amma bu ayrılıq heç də asan baş tutmaya bilər. Çünki 24 yaşlı futbolçunun mövsümün sonuna kimi müqaviləsi var.

Qarşılıqlı razılıqla ayrılıq baş tutmasa, təzminat ödənməsi vacib olacaq. "Kəpəz" rəsmiləri isə ikinci variantı yaxın buraxmaq istəmir.

Ergemlidze mövsümün əvvəli “Sabah”dan transfer edilib. O, arxada qalan müddətdə cəmi 271 dəqiqə meydanda olub və 1 qol, 2 sarı vərəqə ilə yadda qalmağı bacarıb. (sportinfo.az)