
"Kəpəz" Gəncəyə bu tarixdən tez dönə bilməyəcək
- 11:00
- 72
Gəncədə yeni tikilən stadion demək olar ki, hazır olsa da, "Kəpəz"in buraya dönüşü hələ uzun sürəcək.
Rekord.az xəbər verir ki, məsələ tək MDB oyunları ilə bağlı deyil.
MDB oyunları bitəndən sonra stadiona təbii qazon döşənəcək ki, bu proses zaman alacaq. "Kəpəz"in mətbuat katibi Gəray Qiyasovun saytımıza verdiyi məlumata görə, Gəncəyə dönüşləri bu il dəqiq mümkün olmayacaq. Ən yaxşı halda bu, martda mümkün ola bilər: "MDB oyunlarından sonra qazon təbii örtüklə əvəzlənəcək. Qış aylarına doğru getdiyimizi nəzərə alsaq, proses uzana bilər. Əgər hava şərtləri uyğun olsa, mart ayında yeni stadionda oynaya bilərik. Yox, hava şərtləri uyğun olmasa, o zaman dönüşümüzün apreldən tez baş verməsi mümkün deyil",