"Kəpəz"lə problem yaşayan Əfran İsmayılov hələ ki, özünə yeni komanda tapa bilmir.

Rekord.az xəbər verir ki, bu səbəbdən Gəncə təmsilçisi ilə də dil tapıb yolları ayıra bilmir.

Daha doğrusu, "Kəpəz" Əfrana yalnız iki ayın maaşını təzminat kimi verə biləcəyini deyib. Futbolçu isə yaya qədər müqaviləsi olduğunu əsas gətirərək, beş ayın maaşını tələb edir. Yenə klub tapsa bəlkə də iki aylıq təzminatı qəbul edər. Amma konkret təklif almadığı üçün "Kəpəz"dən 5 aylıq maaşını təzminat kimi tələb edir.  Onsuz, Gəncə tənmsilçisi razı olmasa, İsmayılov əvəzedici komandada oynamağa davam edib müqavilədə göstərilən məbləği alacaq.