
"Kəpəz" də abuna biletlər satacaq
- 29 İyl 2022 17:00
- 501
AFFA-nın yenidən Premyer Liqaya qaytardığı "Turan Tovuz" növbəti mövsümdən ev oyunlarına girişi pullu edəcək və hətta abunə biletlərin satışı da təşkil olunacaq.
Rekord.az xəbər verir ki, AFFA-nın təklifi ilə "Kəpəz" də eyni addımı atacaq.
Bu komandanın da ev oyunlarına girişin pullu olması nəzərdə tutulub. İlkin mərhələdə biletlərin qiymətinin 2 manat olması planlaşdırılır. Bundan başqa, Gəncə klubu da mövsümlük abunə biletlərin satışını həyata keçirəcək. Hazırda həmin biletlərin hazırlıq prosesi gedir. Bu işdə şəhər icra hakimiyyəti də yaxından iştirak edəcək.