“Kəpəz” Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.


Rekord.az xəbər verir ki, Gəncə klubu 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızları seleksiya məşqlərinə dəvət edir.


Seçimlər 2026-cı il yanvarın 3-ü və 4-də təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.


Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.


Seçimlərdə iştirak etmək istəyənlərdən aşağıda göstərilən mobil nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.


Əlaqə nömrəsi: 051 872 13 15