Kənan Kərimov: "Yevlaxa Avropadan yaxşı futbolçu gətirmək çox çətindi" - MÜSAHİBƏ
- 11:00
- 58
“Karvan”ın
vitse-prezidenti Kənan Kərimov “Turan Tovuz”la oyundan sonra Rekord.az-a
müsahibə verib.
-
-
- Kənan bəy, “Karvan”ın cari mövsümdəki çıxışını necə dəyərləndirərdiniz?
-
Bilirsiniz ki, yeni komandayıq. Bu gün ən böyük problemimiz rəqiblərimizi
öz meydançamızda qəbul edə bilməməyimizdir. Mövsümə yaxşı başladıq, xallarımızı
qazandıq. Amma əsas dəstək var hansı ki, 12-ci oyunçu, o dəstəyi hiss etmirik.
Çünki dediyim kimi, ev oyunlarımızı Yevlaxdan kənarda keçiririk. Halbuki Yevlaxda
oynasaydıq, əminliklə deyirəm ki, heç bir oyunu uduzmazdıq. Bu gün azarkeş amilinin
təsirini görürük. “Turan Tovuz”a qarşı özünüz də gördünüz ki, pis oynamadıq,
hesabda önə keçdik, amma heç nədən xal itirdik. Lakin ümidimizi itirmirik,
çempionat davam edir, gözləyirik ki, lisenziyanı alaq və ən qısa zamanda ev
oyunlarımızı Yevlaxda keçirək, xallarımızı qazanıb komandanı yaxşı duruma gətirək.
- - Stadionla bağlı son durum nə yerdədir, son olaraq sizə nə deyilib?
- - İşlər demək olar ki, yekunlaşıb və FİFA-nın nümayəndəsi gəlib rəy
verməlidir. Əslində ötən gün gəlib baxıblar, həmin şəxslə mən özüm də görüşmüşəm.
Sadəcə, rəy verilməsi prosesi 10-15 gün çəkə bilər. Çox ümid edirik ki, ən qısa
zamanda rəqiblərimizi Yevlaxda qəbul edə biləcəyik.
- - Heyətinizi hədəfə çatmaq yolunda nə dərəcədə yetərli hesab edirsiniz?
- - Belə deyim, Yevlaxa Avropadan yaxşı futbolçu gətirmək çox çətindi.
Çünki dəvət etdiyin futbolçu ilə danışıqlar zaman alır. Onlar da axtarır,
araşdırır ki, hara gedir, harda oynayacaq. Gələn legioner də Bakını istəyir.
20-30 futbolçu var idi ki, xeyli danışdıq, zamanımız getdi, axırda “yox” dedilər.
- - Əsas hədəfiniz nədir?
- - Yeni komandayıq, çalışacayıq ki, bütün oyunlarda əzmkar mübarizə
maparaq və ilk növbədə Premyer Liqada yerimizi qoruyaq. Gələn il isə yaxşı yerlərdən
biri uğurunda oynayaq.
- - Uğursuzuz nəticələr sıralanınca, baş məşqçi üzərində də təzyiq artır.
Amma sizdə görünən budur ki, Həşimova böyük dəstək var...
- - Bəli, rəhbərliyin böyük dəstəyi var. İstefa ilə bağlı heç bir söhbət
yoxdir və Azər müəllim yoluna davam edir.
- - Bu arada, komandaya yeni avtobus almısınız. Maddi durumu, büdcəsi aşağı
olan klub bu məsələni necə həll etdi?
- - Avtobusu rəhbərlik aldı, sağ olsun, Şahmar müəllim. Bilirsiniz ki, bu məsələdə də sıxıntı çəkirdik. Yevlaxda böyük avtobus olmadığı üçün başqa rayonlardan icarəyə götürürdük. Bəzən ayrı-ayrı yol maşınları ilə oyunlara gəlirdik. Şükür ki, bu problem həll olundu. İndi oyunlara daha rahat gedib-gəlirik.
Anar
XANLAROV