Kazbek Tuayevin yubileyi münasibətilə tədbir keçirilib
- 19:00
- 29
Azərbaycan futbolunun tanınmış simalarından biri, “Neftçi”nin əfsanəvi oyunçusu və milli komandamızın sabiq baş məşqçisi Kazbek Tuayevin 85 illik yubileyi münasibətilə tədbir təşkil olunub.
Rekord.az xəbər verir ki, tədbirdə veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov yubilyarı təbrik edib, ona PFL-in xüsusi hədiyyəsini təqdim edib.
Qeyd edək ki, futbolçu kimi “Neftçi”nin heyətində uzun illər çıxış etmiş və 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan komandada yer almış Tuayev, məşqçi kimi də milli komandamızda və müxtəlif klublarda çalışıb.