
Kaşukun durumuna aydınlıq gəldi
- 28 Okt 2022 15:00
- 583
Misli premyer-liqasının 11-ci turunun mərkəzi qarşılaşması olan "Neftçi" - "Sabah" oyununda zədələnən qonaqların aparıcı futbolçularından Aleksey Kaşukun durumuna aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, zədə yüngül olmasa da, sınıq aşkarlanmayıb.
Əldə etdiyimiz məlumata görə, baç məşqçi Murat Musayev ukraynalı futbolçuya bu turda istirahət verəcək.