“Karvan-Yevlax” “Səbail”in futbolçusunu icarəyə götürdü
- 18:30
- 34
1-ci Liqa təmsilçisi "Səbail"in müdafiəçisi Emin Rüstəmov "Karvan-Yevlax" klubuna icarəyə verilib.
Rekord.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.
Futbolçu cari mövsümün sonuna qədər Premyer Liqa kollektivində çıxış edəcək.
U-21 millisinin də formasının geyinən 21 yaşlı oyunçu bu mövsüm "Səbail"in heyətində 12 turda 9 dəfə meydana çıxıb.