
"Karvan" bu məşqçiyə tapşırıla bilər
- 11:00
- 80
"Karvan"da baş məşqçi dəyişikliyi ola bilər.
Rekord.az-a daxil olan məlumata görə, Azər Həşimovun kreslosu laxlamağa başlayıb.
"Kəpəz"in qələbəsi və özünə gəlməsi fonunda Yevlax təmsilçisinin elitandan düşmək təhlükəsi daha da reallaşıb. Əldə etdiyimiz məlumata görə, rəhbərlik qarşıdakı "Turan Tovuz", "Zirə" və "Araz Naxçıvan"la 3 turda Həşimovun qarşısına şərt qoyub. Həmin 3 oyunun hər üçündə məğlubiyyət olacağı təqdirdə böyük ehtimalla Həşimov göndəriləcək. Onu əvəz etməyə əsas namizəd in isəAzər Məmmədov olacağına dair məlumatlar var.