
Kadi cəzalı duruma düşdü
- 28 İyl 2022 10:15
- 555
"Qarabağ"ın futbolçusu Kadi Borges də komandasının Avrokuboklardakı növbəti oyununu buraxacaq.
Rekord.az xəbər verir ki, buna səbəb 26 yaşlı yarımmüdafiəçinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"ləcavab oyununun 76-cı dəqiqəsində sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.
Bu, onun 2022/23 mövsümündəki 3-cü sarı vərəqəsi olduğu üçün futbolçu "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferenstvaroş"la ilk matçını buraxacaq.
Daha əvvəl Riçard Almeyda qarşılaşmanın 50-ci dəqiqəsində sarı vərəqə alaraq cəzalı duruma düşüb.