
İtaliyalı futbolçu tarixə düşdü
- 08 İyn 2023 15:15
- 327
İtaliya millisinin futbolçusu Emerson Palmyeri tarixə düşüb.
Rekord.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bütün UEFA turnirlərində qalibi olan yeganə oyunçudur.
Palmyeri son olaraq ötən gün İngiltərənin "Vest Hem" klubunun heyətində UEFA Konfrans Liqasını qazanıb. London təmsilçisi finalda İtaliya "Fiorentina"sını 2:1 hesabı ilə məğlub edib.
Emerson Palmyeri 2019-cu ildə İngiltərə təmsilçisi "Çelsi" ilə Bakıda Avropa Liqasının, iki il sonra Çempionlar Liqasının və UEFA Super Kubokunun, həmin il İtaliya yığması ilə qitə çempionatının qalibi olub.